Icma.az, Sherg.az saytına istinadən bildirir.
Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan məişət zorakılığı ilə mübarizə məsələsinə əvvəlki marağını itirib.
Sherg.az xəbər verir ki, bu barədə müxalif “Güclü Ermənistan” fraksiyasının deputatı Edqar Kazaryan parlamentdə keçirilən müzakirələr zamanı bildirib.
Deputatın sözlərinə görə, Akopyan əvvəllər məişət zorakılığı ilə bağlı minlərlə müraciət alsa da, indi diqqətini paytaxtda yol hərəkətinin təşkili və qadın sürücülərin maarifləndirilməsi məsələlərinə yönəldib.
Qeyd edək ki, məişət zorakılığı ilə mübarizəni gücləndirməyə yönələn qanun layihəsi Ermənistan parlamentində oktyabrın 28-də birinci oxunuşda qəbul edilib.