Deputat Pərvanə Vəliyeva Dünya Qadın Parlamentariləri Forumunda iştirak edəcək

09.10.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Milli Məclisin deputatı Pərvanə Vəliyeva Dünya Qadın Parlamentariləri Forumunda iştirak etmək üçün oktyabrın 10-da Monqolustanın Ulan-Bator şəhərinə səfər edəcək.
Newscenter.az xəbər verir ki, forum çərçivəsində millət vəkili qadınların hakimiyyətin ən yüksək pillələrində qadın təmsilçiliyinin sosial-iqtisadi inkişafa və strateji qərarlara real təsir göstərməsini təmin edəcək effektiv mexanizmlərin hazırlanması barədə müzakirələrdə iştirak edəcək.
Səfər oktyabrın 15-də başa çatacaq.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью