Deputat Pərvanə Vəliyeva növbəti dəfə vətəndaş qəbulu keçirib

05.04.2025

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Milli Məclisin deputatı Pərvanə Vəliyeva Xətai rayonunda növbəti dəfə vətəndaş qəbulu keçirib.
Newscenter.az xəbər verir ki, görüş zamanı millət vəkili onların qaldırdıqları məsələləri dinləyib, müraciətlərini qəbul edib.

Görüşdə, vətəndaşlara operativ xidmət məqsədilə, həmçinin, Xətai rayon İcra Hakimiyyətinin nümayəndəsi də iştirak edib. Deputat vətəndaşların müraciətlərinin həlli istiqamətində çalışacağını bildirib.

Qeyd edək ki, növbəti vətəndaş qəbuluna yazılmaq və məlumat almaq üçün aşağıda qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz:
+994558113330
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью