Deputat: “Polis və hərbçilərin maaşı artırılsın”

26.11.2024

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

“Güc strukturlarında, hərbi sahədə çalışanların əməkhaqqısı artırılmalıdır”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Vüqar İskəndərov deyib.

Deputat əlavə edib ki, bu, həm də situmullaşdırıcı məqam olardı:

“Bəllidir ki, müharibədən çıxmış ölkələrdə hərbi sahəyə maraq azalır. Bu baxımdan, əməkhaqqının artırılması bu məsələdə balansın yaranmasına situmul olar. Xüsusilə də polis sitemində çalışanların maaşlarına əlavələr edilməlidir. Çünki hazırda güc strukturlarının içində ən az maaş alan Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır”.

Vilayət Muxtar

“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью