Deputat: Prezidentin müşavirədə səsləndirdiyi rəqəmlər nəqliyyat sahəsində görülən işlərə …
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 29 yanvar, AZƏRTAC Prezident İlham Əliyevin sədrliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə mühüm əhəmiyyət daşıyır.
Dövlətimizin başçısının müşavirədə səsləndirdiyi fikirlər, ilk növbədə, Azərbaycan vətəndaşlarının mövqeyini və düşüncələrini ifadə edir.Son illərdə Azərbaycanın dinamik iqtisadi inkişafı fonunda bütün ölkədə həyata keçirilən irimiqyaslı abadlıq-quruculuq işləri içərisində yol-nəqliyyat infrastrukturunun yenilənməsi xüsusilə diqqət cəlb edir.
Məlum olduğu kimi, son 20 ildə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində paytaxtda və bölgələrdə yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar tikilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub.
Eyni zamanda, Bakıda bir çox böyük layihələrə imza atılıb, yeni metro stansiyaları, yol qovşaqları istifadəyə verilib, yeni yollar salınıb.
Müşavirədə səsləndirilən rəqəmlər görülən işlərə bir daha işıq saldı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.Dövlətimizin başçısının Azərbaycanın beynəlxalq nəqliyyat xəritəsində oynadığı rola toxunduğunu da qeyd edən deputat deyib: “Həqiqətən də coğrafi mövqeyimizdən səmərəli istifadə edirik və beynəlxalq nəqliyyat dəhlizləri məhz Azərbaycanın ərazisindən keçir ki, bu da ölkəmizin regionda, ümumiyyətlə, dünyada əhəmiyyətini daha da artırır".
Tarixi Zəfərimizin qazanılması ilə regionun ümumi rifahı üçün yeni əməkdaşlıq imkanlarının açıldığını diqqətə çatdıran A.Məmmədov vurğulayıb ki, hadisələrin inkişafı Zəngəzur dəhlizinin də həyati əhəmiyyət daşıdığını göstərir.
Tam oxu
Xəbəri oxu