Deputat: Qadınlarımızın elektron siqaretdən istifadə etməsi bizi düşündürür

16.12.2025

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Gənclər arasında siqaretə, xüsusilə elektron siqaretə aludəçilik meyilləri var".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Tahir Rzayev deyib.

Aqrar siyasət komitəsinin sədri bu vəziyyəti acınacaqlı adlandırıb:

"Qadınlarımız, qızlarımız bir çox hallarda elektron siqaretdən istifadə edirlər. Bu, bizi düşündürür".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью