Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Biz Lerik deyilik, Daşkəsən deyilik, Kəlbəcər deyilik".
Turkustan.az xəbər verir ki, bunu Mİlli Məclisin iclasında deputat Səyyad Aran deyib.
Onun sözlərinə görə, İmişlinin Varxan kənd məktəbinin təmirə ehtiyacı var:
"Məktəbin yaxınlığında açıq transformator da var, uşaqlar orada futbol oynayırlar. Top gedib transformatorun yanına düşür. Məktub yazmışam ki, gəlin, burada mühafizə çəpəri tikin. Niyə gəlmirsiniz? Niyə bu müraciətləri qulaqardına vurursunuz? O cümlədən, ərazimdə Hacıqasımlı, Kamallı, Musalı, Nərimanov və Nurulu kəndlərinin qazı yoxdur. Bu kəndlərin, eləcə də İmişlinin yeddi kəndinin qazlaşdırılması nə vaxta qədər təxirə salınacaq? Olmazmı ki, bu altı-yeddi kəndi qazlaşdırıb həmin rayonların qarşısına bir müsbət göstərici qoyasınız? İmişlidə və Saatlıda qazlaşdırma işləri aparılsın. Bu, sadə bir həqiqətdir.
Qaralar kəndindən Hacı Mirabbas ağa təxminən bir ay əvvəl mənə deyir ki, qardaş oğlu, olmazmı ki, İmişlinin kəndlərini qazlaşdırasınız? Biz Lerik deyilik, Daşkəsən deyilik, Kəlbəcər deyilik, bu boruları bir-birinə calayıb, bizim kəndə də çatdırmaq olmazmı? Dediyini olduğu kimi çatdırıram. Xalq müdrikliyidir, xalq məntiqidir. Qalıram üzünə baxa-baxa, bir söz tapıb deyə bilmirəm. Bunu edin də! Axı doğrudan da, çətin bir şey deyil”./"Yeni Sabah"