Deputat Qusardakı layihələrdən danışdı Yeni mənzillər, su anbarı | Icma.az
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Millət vəkili Azər Badamov son zamanlar deputatlarla rayon icra hakimiyyəti rəhbərləri arasındakı əməkdaşlıq barədə səslənən suallara münasibət bildirib.
Deputat Modern.az-a açıqlamasında qeyd edib ki, həm deputatın, həm də icra başçısının əsas məqsədi bölgə sakinləri ilə mütəmadi görüşlər keçirərək problemlərin operativ həllinə nail olmaqdır.
Onun sözlərinə görə, Qusar rayonunda deputat–icra başçısı münasibətləri sağlam əməkdaşlıq mühiti üzərində qurulub: “Biz rayonun sosial-iqtisadi inkişafı və sakinləri narahat edən məsələləri birlikdə müzakirə edirik.
Sağlam münasibət nəticələrin daha tez əldə olunmasına, ictimai-siyasi mühitdə məmnunluğun artmasına səbəb olur”.
Deputat bildirib ki, bu günlərdə Qusarda uzun illərdən bəri gündəmdə olan iki mühüm layihənin icrasına başlanılıb.
Bunlardan biri şəhid ailələri və Qarabağ müharibəsi veteranları üçün bina tikintisidir.
Qusarda onların yerləşdirilməsi üçün 112 mənzilli, iki 5 mərtəbəli yaşayış binasının tikintisinə start verilib.
Tam oxu
Xəbəri oxu