Deputat Rizvan Nəbiyev Bəhreynə gedəcək

05.12.2024

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Milli Məclisin deputatı, Asiya Parlament Assambleyasında (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev təşkilatın İqtisadiyyat və davamlı inkişaf üzrə daimi komitəsinin iclasında iştirak etmək üçün dekabrın 6-da Bəhreyn Krallığının Manama şəhərinə səfər edəcək.
Newscenter.az xəbər verir ki, iclas çərçivəsində ekoloji məsələlər, iqtisadi artım, yoxsulluğun aradan qaldırılması, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinin dəstəklənməsində APA-ya üzv parlamentlərin rolu və digər məsələlərə həsr olunmuş qətnamə layihələri müzakirə olunacaq.
Deputatımız iclasda Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da əldə olunan nailiyyətlər və qəbul olunan mühüm qərarlarla bağlı çıxış edəcək, gündəlikdə duran məsələlərə dair müzakirələrə qatılacaq.
Səfər dekabrın 10-da başa çatacaq.
Süleyman İsmayılbəyli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью