Deputat rus dilində danışdığına görə QINANILDI

05.11.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Latviyada parlament üzvü Andreys Paqor rus dilində video yayımladığına görə ittihamlarla üzləşib.

Redaktor.az xəbər verir ki, Latviya Seyminin Rəyasət Heyəti Mandatlar, Etika və Ərizələr Komitəsindən deputatın hərəkətlərinə hüquqi qiymət verilməsini və pozuntu aşkar ediləcəyi təqdirdə ona qarşı sanksiyaların tətbiq olunmasını istəyib.

Buna səbəb deputatın parlamentin plenar iclas zalında rus dilində video çəkməsi olub. Qeyd edək ki, Seymin Prosedur Qaydaları və Etik Kodeksinə əsasən, parlament üzvləri Seymin binasında dövlət dilindən istifadə etməlidirlər.

Seym sədri Edvards Smiltens bildirib ki, latış dili ölkənin təməli və dəyəridir, buna görə də hər bir parlament üzvü ona hörmət etməli və dilin möhkəmlənməsinə töhfə verməlidir.

Məlumata görə, 3 noyabrda, 15-ci Seymin ilk iş günündə Andreys Paqor ilk sessiyanın gündəliyini əks etdirən videonu rus dilində yayımlayıb. Sonradan video silinsə də, onun nüsxələri sosial şəbəkələrdə yayılıb.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью