Deputat: Rusiya Azərbaycanla dostluq münasibətlərini davam etdirəcək

30.06.2025

Icma.az bildirir, Bizimyol portalına istinadən.

"Rusiya Azərbaycanla çoxlarının məhv etməyə çalışdığı dostluq münasibətlərini saxlamağın yollarını tapacaq".

Bizimyol.info xəbər verir ki, b"news.ru"ya müsahibəsində Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib.

“Mənə elə gəlir ki, bu məsələ öz həllini tapacaq, hər şeyi həll etməliyik. Əminəm ki, çoxlarının bəzən məhv etməyə çalışdığı və buna səbəb axtardığı dostluq münasibətlərimizi qoruyub saxlamağın yollarını tapacağıq”, - deyə Çepa bildirib.

İyunun 28-də Azərbaycan Rusiyanı Yekaterinburqda öz vətəndaşlarının saxlanmasını araşdırmağa çağırıb.

Bundan əvvəl KİV iyunun 27-də baş vermiş reyd barədə məlumat yayıb — təhlükəsizlik qüvvələri azərbaycanlıların 10-dan çox mənzilində axtarış aparıb, 50-yə yaxın adamı saxlayıb.

Regional İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi “əvvəlki illərdən” işi araşdırdıqlarını bildiriblər.

Bundan əvvəl Azərbaycanın parlament nümayəndə heyətinin Rusiyaya gəlməyəcəyi məlum olub.

Qeyd edək ki, deputat 24 il əvvəl baş vermiş cinayətə görə, keçirilən basqın zamanı 5 nəfərin ölürülməsi və onlarla insanın vəhşicəsinə döyülməsini dilə gətirməyi lazım bilməyib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью