Deputat: Rusiyada “Telegram” seçkilərə qədər tamamilə bloklanacaq

27.01.2026

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Rusiyada “Telegram” 2026-cı ilin sentyabr ayında tamamilə bloklanacaq.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Mixail Delyaqin bildirib.

Onun sözlərinə görə, “Telegram” 2026-cı ilin sentyabrında keçiriləcək seçkilərə qədər “YouTube” sxemi əsasında bloklanacaq: “Rusiyada bəzi istifadəçilər "Instagram”dan olduğu kimi, “Telegram”dan da istifadə edə biləcəklər”.

Qeyd edək ki, Rusiyada "Facebook", "Instagram", "WhatsApp" və "YouTube" şəbəkələri tam bloklanıb.

Xatırladaq ki, 2026-cı ilin sentyabr ayında Rusiya Dövlət Dumasına seçkilər keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью