Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır. "Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyevin Azərbaycan xalqına qarşı işlətdi
Valuyev özü təkamül dövründən insan formalaşan zamandan qalan məxluqdur. Onun fikirləri, savadı bu cür ifadələr işlətməyə uyğun gəlir.
Azərbaycan müstəqil ölkədir, vətəndaş kimi hər birimiz belə təhqiramiz ifadələrə fikirlərimizi sosial şəbəkələrdə, mətbuatda bildiririk".Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Azər Badamov deyib.
O bildirib ki, Rusiya Dövlət Dumasının deputatları Azərbaycan diaspor təşkilatlarının bağlanması üçün çağırış edib, azərbaycanlı miqrantları ölkədən deportasiya etməyi, qanuni oturum almış azərbaycanlıları kommissarlıqlara çağıraraq müharibə göndərməyi təklif edirlər:"Bütün bunlar insan haqlarının kobud şəkildə pozulmasıdır.
Azərbaycan əsilli biznesmenlərə məhdudiyyətlərin qoyulması üçün çağırış edirlər.
Azərbaycan əsilli olsalar da, onlar Rusiya vətəndaşlarıdırlar.
Onlar illər boyu Rusiyada yaşayıb, yaradıb, Rusiya dövlət büdcəsinə vergi verir, iqtisadiyyatın güclənməsinə töhfə verirlər.
Valuyevin etdiyi çağırışlar onun təfəkkürünün tam yerində olmadığının göstəricisidir".Deputat qeyd edib ki, bütün bunlar informasiya hücumudur:"İnformasiya hücumu Kremlindən verilmiş tapşırığa əsasən olan kampaniyadır.