Deputat seçicilərinin problemlərini dinləyib

10.06.2026

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin deputatı Mehriban Vəliyeva Sumqayıtda seçiciləri ilə görüş keçirib.

Gununsesi.info  xəbər verir ki, bu barədə deputatın özü məlumat verib.

Bu gün 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən seçilmiş deputatın vətəndaşlarla növbəti görüşü baş tutub.

İyun ayı çərçivəsində keçirilən ilk vətəndaş qəbulu Sumqayıt şəhərinin 48-ci məhəlləsində təşkil olunub. Görüşdə ərazidə həyata keçirilən abadlıq işləri də yerində nəzərdən keçirilib.

Bildirilib ki, “Qartal Tikinti” şirkəti tərəfindən sakinlərin istirahətinin təmin edilməsi məqsədilə ərazidə abadlıq işləri aparılıb, yeni oturacaqlar quraşdırılıb. Şirkətin rəhbəri Şahin Məmmədovun iştirakı ilə sakinlərlə görüş keçirilib, onlar görülən işlər münasibətilə təbrik olunublar.

Görüş zamanı sakinləri narahat edən məsələlər dinlənilib, onların təklif və müraciətləri qeydə alınıb. Qaldırılan bütün məsələlərin aidiyyəti dövlət qurumlarına yönləndirilməsi və icrasına nəzarətin təmin olunması üçün müvafiq tədbirlərin görüləcəyi bildirilib.

Qeyd olunub ki, vətəndaşların rifahının yüksəldilməsi, sosial təminatının gücləndirilməsi, eləcə də onların haqlı müraciətlərinin operativ və effektiv həlli fəaliyyətin əsas prioritet istiqamətlərindən biridir.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью