Deputat: Şəhidlərin qanı yerdə qalmadı | Icma.az
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
1990-cı ilin 20 yanvarında – 36 il öncə Bakıda baş verən hadisələr Azərbaycan tarixinin təkcə faciə yox, həm də qürur və şərəf səhifəsidir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 2020-ci ilin 44 günlük II Qarabağ müharibəsində qazandığı şanlı Zəfər və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən 23 saatlıq antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpa olunması ilə təkcə 20 Yanvar şəhidlərinin deyil, bütün Vətən fədailərinin narahat ruhları şad olub.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında deyib ki, 20 yanvarda Azərbaycanda törədilmiş qatı cinayət Azərbaycan xalqının Qarabağ yolunda apardığı mübarizədə onun əzmini qırmağa hesablanmışdı:“Bu hadisə Azərbaycanın ərazi bütövlüyünə zərbə vurmaq, onun pozulması üçün zəmin yaratmaq məqsədi daşıyırdı.
Azərbaycan xalqını Qarabağdan imtina etməyə məcbur etmək, eyni zamanda ölkənin müstəqilliyinə qarşı çıxmaq niyyəti ilə planlaşdırılmışdı.
Məhz buna görə Sovet imperiyası xalqımıza qarşı belə ağır cinayət törətmişdi.
Həmin dövrdə bir tərəfdən torpaqlarımız işğala məruz qalırdı, digər tərəfdən isə Qarabağda və Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar sıxışdırılır, öz doğma yurd-yuvalarından qovulurdular.
Azərbaycan xalqı isə bütün bunlara qarşı qətiyyətlə mübarizə aparırdı. Şübhəsiz ki, baş verənlər böyük bir cinayət idi.
Tam oxu
Xəbəri oxu