Deputat: Sən kimsən, bu nə özbaşınalıqdır?

27.02.2026

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Keçmişdə balaca padşahlar ifadəsi var idi, indi çıqqılı padşahlar ifadəsi meydana gəlib. Mənə zəng gəldi, çalışdım ki, kömək edim. Məsələn, xəstədir, təcili yardım maşınının hünəri çatmır ki, Bakıya gəlsin. Sən demə, təcili yardımla bağlı bir idarə var, bunun başçısı icazə verməsə, təcili yardım gələ bilməz. Sən kimsən? Niyə sən məxsusi olaraq icazə verməlisən? Bu çıqqılı padşahın ucbatından az qalırdı adam orada ölsün. Bu nə özbaşınalıqdır, nə yiyəsizlikdir?!"

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı deputat Səyyad Salahlı deyib.

"Görünür Teymur Musayev çox yumşaq adamdır. Ya bəsirət gücü yoxdur, ya bilmirəm nə baş verir. Həkimlər regionlara getmirlər. Əslində isə göndərilmirlər. İnsanlar rentgendən keçmək üçün Bakıya gəlməlidir. Belə şey olar? Bura gəlib rentgendən keçib sonra cavablarını aparıb rayonda həkiminə verir ki, gedib-gəldim", - deyə deputat bildirib.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью