Deputat sərhəd kəndləri üçün dövlət proqramının hazırlanmasını təklif edib

26.11.2024

Anews saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cəlilabadın 118 kəndindən 63-də hələ də qaz yoxdur. Bunu deputat Elman Nəsirov deyib. 

"Azərişığın rayonda gördüyü işləri müsbət qiymətləndirirəm. Təəssüf ki, eyni şeyi Azəriqazla bağlı deyə bilməyəcəm. 118 kənddən 63-də hələ də qaz yoxdur. Yaxşı olar ki, sərhədboyu kəndlər üçün analoji dövlət proqramı hazırlansın. Ən azı İranla sərhəd kəndlərin qazlaşdırılması problemi həll olunsun", - deputat noyabrın 26-da  Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.  

Gülnar Nazimqızı 


www.anews.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью