Icma.az bildirir, Bizim media portalına istinadən.
Sosial şəbəkələrdə davranışla bağlı dərslik hazırlanması təklif edilib.
Bizim.Media xəbər verir ki, bu təkliflə deputat Hikmət Məmmədov (Babaoğlu) parlamentdə çıxış edib.
O bildirib ki, şagirdlərə bu dərsləri tədris etməliyik:
“Azərbaycan təhsilində keçirilən dərin islahatlar kontektsində gənclərin sosial şəbəkələrdə etikası, sosial şəbəkələrdə hüquq və hüquq pozuntuları kimi dərsliklər hazırlamalı və yuxarı sinif şagirdlərinə tədris etməliyik.
Bu tədrislə onlar ictimai məsuliyyəti real cəmiyyətdə hiss etdikləri kimi virtual məkanda da özlərinin ictimai məsuliyyətlərini hiss etsinlər. Biz onların enerjilərinin həm milli maraqlar istiqamətinıə səfərbər olmasına xidmət etmiş olarıq, həm də yüksək maarifləndirmə işləri həyata keçirmiş olarıq”.
Günay Şahmar, Bizim.Media