Deputat: Soyqırımları törətmiş erməni cəlladların cəzalandırılması sülh və ədalətin təmini…
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq. Ermənilər Qarabağı işğal etməklə həm də dinc insanlara qarşı tarixdə görünməmiş hərbi cinayətl
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
Deputat deyib ki, Xocalı, Meşəli, Başlıbel, Qaradağlı və digər yaşayış məntəqələrdə yaşayan azərbaycanlılara qarşı soyqırımları törədilib, onlar öz doğma yurdlarından qışın soyuğunda ayaqyalın qaçmağa məcbur edilib: “O cümlədən azərbaycanlıların uzun illər ərzində qurub yaratdıqları mülklər dağıdılaraq talanıb.
Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi bu gün də məlum deyil.
Erməni cəlladları soyqırımları törədərək qətlə yetirdiklərinin meyitlərini vəhşicəsinə təhqir edərək kütləvi şəkildə basdırıblar.
Torpaqlarımız işğal altında olduğu illərdə demək olar ki, yaşayış məntəqələrimizdə daşı-daş üstündə saxlanılmayıb, məscidlər və qəbiristanlıqlar hədəf olub”.
Azər Badamov qeyd edib ki, İkinci Qarabağ müharibəsi zamanı da erməni cəlladları eyni cinayətləri təkrarlayıb: “Müharibə zonasından uzaqda yerləşən şəhər və kəndlərimiz raketlərlə atəşə tutulub, dinc insanlar qətlə yetirilib və külli miqdarda ziyan vurulub”.
Deputat vurğulayıb ki, ermənilərin 30 il ərzində törətdikləri hərbi cinayətlər cəzasız qalmamalıdır: “Bu müddət ərzində Azərbaycanın işğal altındakı ərazilərində, xüsusilə Qarabağ və ətraf rayonlarda baş vermiş hərbi cinayətlər və insanlıq əleyhinə əməllər beynəlxalq hüquq və müharibə qanunlarına ziddir.
Tam oxu
Xəbəri oxu