Deputat Suriyanı mənəvi vətən adlandırdı

03.02.2025

Teleqraf.com saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycan QHT-ləri, institutsional təşkilatlar Suriya məsələsinə diqqət ayırmalıdırlar".

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu bugünkü plenar iclasında deyib.

O, Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi zamanı sözügedən məsələyə diqqət yetirdiyini xüsusi qeyd edib:

"Biz Yaxın Şərq, xüsusilə də Suriya məsələsinə diqqət yetirməliyik. Nəsiminin məzarı hələ də sözügedən ölkədədirsə, demək ki, Suriya bizim üçün mənəvi vətəndir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью