Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Serbiyada dekabrın 27-də keçiriləcək prezident seçkilərində hakim "Tələbə Siyahısı" Assosiasiyanın namizədi Serbiya Elmlər və İncəsənət Akademiyasının üzvü Radomir Saiçiç olacaq.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, Assosiasiyanın nümayəndəsi Nevena Mijailoviç mətbuat konfransında namizədi təqdim edərək bildirib:
“Prezident seçkilərində namizədimizi qürurla təqdim edirik: Belqrad Universitetinin Kimya fakültəsinin professoru, akademik Radomir Saiçiç”.
65 yaşlı Saiçiç "Tələbə Siyahısı"nın təsisçilərindən biridir. O, oktyabrın 25-də keçirilən parlament seçkilərində deputat mandatı qazanıb. Namizəd kimya üzrə doktorluq dərəcəsinə malikdir.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin