Deputat Telekanallar arvad davalarından pul qazanır dedi, spiker hirsləndi: Bu, nə fikirlərdir?

03.02.2025

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

"Həkimlərin və dərmanların reklamı baş alıb gedir".

Mia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas bügünkü plenar iclasda deyib. 

O bildirib ki, SSRİ vaxtı bu qadağan idi: "Rəşid Mahmudovun reklama ehtiyacı var? O, özü brenddir. 

Bəziləri gedir 2-3 aylıq sertifikat alır, özünu reklam etdirir. Düzdür, özəl telekanallar reklamlardan və arvad davalarından, boğuşmalarından pul qazanır. Ancaq bu qəbuledilməzdir".

Daha sonra spiker söz alıb və deputatı bu sözlərinə görə qınayıb: "Aqil müəllim, bu nə fikirlərdir? Bu, parlament sözüdür !?" (Teleqraf)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью