Deputat Tənzilə Rüstəmxanlı Türkmənistanın Azərbaycandakı səfiri ilə görüşüb

30.04.2025

Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.


Milli Məclisin Azərbaycan–Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Tənzilə Rüstəmxanlı Türkmənistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasovu ziyarət etdi.
Newscenter.az-ın xəbərinə görə, bu barədə Tənzilə Rüstəmxanlının Deputat Ofisindən məlumat verilib
Bildirilib ki, görüşdə iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Görüşdə həmçinin qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.

Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью