Deputat tıxacda qaldı, iclasa gecikdi

21.09.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

"Bakı şəhərindəki tıxacı həll edə bilməyənlər vətəndaşlardan üzr istəməlidirlər".

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Arzuxan Əlizadə Parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclasında çıxışı zamanı deyib.

Deputat hətta tıxac səbəbindən iclasa gecikdiyini bildirib:

"Tıxac vətəndaşlara ciddi problemlər yaradıb. İş yerlərində problemlər yaşanır. Bunun həll edilməsi vacibdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью