Deputat: Türk dünyasına inteqrasiya olduqca vacibdir

15.09.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 15 sentyabr, AZƏRTAC

Türk dünyasına inteqrasiya bugün olduqca vacibdir. Dünyada dəyişən geosiyasi proseslərin fonunda Türk Dövlətləri Təşkilatının gündən-günə güclənməsi, nəqliyyat və enerji kommunikasiyalarının açılması sayəsində yeni əməkdaşlıqlar qurulur. Azərbaycan məhz Türk dünyasının inteqrasiyasında çox böyük rol oynayan aparıcı aktorlardan biridir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Qonşu və qardaş ölkə olan Türkiyə ilə belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayan deputat deyib: “Biz bu gün Türkiyə ilə hərtərəfli müttəfiqik. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi məhz bu müttəfiqliyi müəyyən edir. Həm hərbi, həm müdafiə sahəsində Türkiyə ilə əməkdaşlığımız çox yüksək səviyyədədir. Biz bu inteqrasiyanın daha da sıx olması və kommunikasiya daxil olmaqla bir çox sahələri əhatə etmək üçün yeni əməkdaşlıqlara başlayırıq. Prezident İlham Əliyevin vurğuladığı 'Bizim ailəmiz Türk dünyasıdır' fikri bu strateji vizyonu müəyyən edən əsas amildir”.

Operator – Şövqi Əzizov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью