Deputat: Türk Süni İntellekti yaradıla bilər | Icma.az
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır. Türk Dövlətləri Təşkilatının üzv ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirən i
İnanıram ki, Türk İnvestisiya Fondunun layihələri ümumi iqtisadi inkişafa mühüm töhfə verəcək.
APA-nın xəbərinə görə, bunu Bakıda keçirilən “Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi(TCCI): Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” tədbirində Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Tahir Mirkişili qeyd edib ki, investisiya ilə yanaşı texnologiyaların da yayılması çox vacibdir: “Bizim başımıza gələn bütün faciələr tarixən həm də texnologiyalardan, bir-birimizdən uzaq düşdüyümüzə görədir.
İqtisadi layihələrlə yanaşı texnoloji innovasiyaların da maliyyələşdirilməsi vacibdir.
Bir yerdə Türk Süni İntellekti, Türk Texnologiyaları, Türk Məhsulları yaratmalıyıq.
Bunun üçün imkanlarımız mövcuddur” Tahir Mirkişili Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi və geniş baxışı sayəsində Azərbaycanın regional gücə çevrilmək yolunda inamla irəlilədiyini qeyd edərək, Azərbaycan iqtisadiyyatının türk dünyasının inteqrasiyasında mühüm rol oynadığını vurğulayıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu