Deputat “Türkçülük işığında” mövzusunda ustad dərsi keçdi | Icma.az
Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Onlayn formatda baş tutan növbəti dərsin qonaqları Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova və “Ədəbiyyat” qəzetinin baş redaktoru, əməkdar mədəniyyət işçisi Azər Turan olub.
Bu dəfəki ustad dərsi “Türkçülük işığında” mövzusuna həsr edilərək, tələbələr arasında geniş maraq doğurub.
“AƏ25” və “T25” qruplarının iştirakı ilə keçirilən dərsdə 1926-cı ildə Bakida keçirilmiş Türkoloji Qurultayın tarixi əhəmiyyəti, türk dünyasının mədəni-siyasi oyanışında bu qurultayın oynadığı rol, habelə ümumtürk düşüncəsinin formalaşmasına təsir göstərmiş şəxsiyyətlər, ideyalar və tarixi hadisələr ətrafında geniş müzakirələr aparılıb.
Məruzəçilər türkologiyanın XX əsrin əvvəllərindən başlayaraq keçdiyi inkişaf yolundan, milli kimliyin möhkəmlənməsində dil, ədəbiyyat və mədəniyyətin strateji əhəmiyyətindən bəhs ediblər.
Elnarə Akimova türkçülük ideyasının yalnız ideoloji xətt deyil, həm də milli intibah, mədəni özünüdərk və mənəvi dirçəliş prosesi kimi qiymətləndirilməli olduğunu vurğulayıb.
Azər Turan isə türkologiya tarixinin az araşdırılmış məqamlarından, dövrün elm və fikir adamlarının fəaliyyətindən, eyni zamanda onların müasir elmi fikrə təsir istiqamətlərindən danışıb.
Dərs təkcə nəzəri müzakirələrlə məhdudlaşmayıb, tələbələrin fəal iştirakı ilə interaktiv dialoq formatında davam edib.
Tam oxu
Xəbəri oxu