Deputat Ülvi Quliyevin rəhbərlik etdiyi federasiyada nə baş verir? Rafael Ağayev istefaya …
Icma.az, Mia.az portalına istinadən məlumat yayır. Rafael Ağayev Karate Federasiyasının WKF üzrə vitse-prezidenti vəzifəsindən istefa verəcə
Mia.az-ın məlumatına görə, bu barədə onun özü məlumat verib. "Mən birdənə vitse-prezident olduğumu xatərlayıram.
Ondan bu yana təəssüflər olsun ki, 7-8 aydır iclaslar olur, bir dəfə dəvət almıram.
Ona görə də bu ayın axırına qədər vəzifəmdən istefa verib ayrılacam". - deyə sportlife.az-a müsahibəsində bildirib.
Xatırladaq ki, R.Ağayev keçən ilin fevralında Azərbaycan Karate Federasiyasının WKF üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.
Onu da qeyd edək ki, Karate Federasiyasınınprezidenti biznesmen deputat Ülvi Quliyevdir.
Xatırladaq ki, Ü.Quliyevin istər özünün, istərsə də oğlunun ölkə və ölkə xaricindəki biznesləri ilə zaman-zaman qalmaqallı məlumatlar yayılıb.
Fərid MİA.AZ Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu