Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda yeni nəslin boyunda qısalma var. Avropada bu rəqəm təxminən 1.79-dursa, bizdə 1.62-dir. Fakt odur ki, bizdə əvvəlkilərlə müqayisədə geriləmə var.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Hikmət Babaoğlu deyib.
O, bununla bağlı təklif də irəli sürüb:
"Qida Təhlükəsizliyi Agentliyi və ixtisaslaşmış səhiyyə təşkilatları məktəb bufetlərində satılmaq üçün uşaqlara menyu hazırlasınlar. Bu, onların həm sağlam qidalanması, həm də boy artımı ilə bağlı problemin həllinə təsir edə bilər. Belə olarsa, başqa bir məcburi tədbir görülmədən problem həllini tapa bilər".