Deputat: Yol qaydalarını bilməyənlər təhlükə mənbəyidir

25.06.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

"Yol hərəkəti qaydalarını pozmaq insan həyatının itirilməsinə gətirib çıxarır. Bu, çox təəssüf doğurur”.

AZXEBER.COM xəbər verir ki, bunu deputat Arzuxan Əlizadə  "Jurnalistika və İnkişaf Mərkəzi” və "Müstəqil nəqliyyatçılar” məsləhət və informasiya İctimai birliklərinin təşkil etdiyi "Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr” və "Müasir şəhərsalmada piyada təhlükəsizliyi” layihələri çərçivəsində keçirilən ictimai müzakirədə deyib.

O bildirib ki, yol hərəkəti qaydalarını və yol nişanlarını bilməyən şəxslər potensial təhlükə yaradan iştirakçılara çevrilirlər.

Arzuxan Əlizadə qeyd edib ki, piyadalar bəzən yerüstü və yeraltı piyada keçidlərindən istifadə etməyə üstünlük vermir və bu da təhlükəsizlik risklərini artırır.

Şahanə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью