Deputata məxsus şirkət 1.7 milyonluq tenderi qazandı

30.01.2025

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi "Naxçıvan Muxtar Respublikası Təcili Yardım Xidməti" publik hüquqi şəxsi regionlarda yerləşən 32 ədəd təcili tibbi yardım geolokasiyalarının təchizatının gücləndirilməsinə dair malların alınmasına 1 760 350 AZN xərcləyəcək.

Mia.az Pravda.az-a xəbər verir ki, qurum "Azəri Med" QSC ilə müqavilə bağlamağı planlaşdırır.

Alınacaq məhsullara 64 ədəd xəstəbaşı monitor, 64 ədəd şırınqa pompası, 64 ədəd infuziya pompası, 64 ədəd venadaxili infuziyalar üçün ştativ, 64 ədəd 3 və 4 motorlu çarpayı, 32 ədəd 4 motorlu çarpayı və s. daxildir. 

Qeyd edək ki, QSC-nin deputat Kəmaləddin Qafarova məxsus olduğu bildirilir.

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью