Deputat:Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklərdən biri də məhz Xocalı soyqırımıdı…
Yenigundem saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son 30 ildə torpaqlarımızın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz 2020-ci ildə İkinci Qarabağ-Vətən Müharibəsindən sonra, 2023-cü ildə ərazi bütövlüyü, suverenliyimizin tam bərpa olunması ilə taclandı və beləliklə də bu günə qədər Azərbaycan xalqına qarşı törədilmiş bütün vəhşiliklərin, soyqırımların qisası alındı, şəhidlərimizin qanı yerdə qalmadı.
Lakin, bunlara baxmayaraq biz qan yaddaşımızı, tarixdə Azərbaycan xalqına qarşı tutulmuş divanları, törədilmiş soyqırım aktlarını unutmamalı, bu faciələrin yeni, gənc, vətənpərvər ruhda yetişən nəsilə çatdırılmasında hərtərəfli fəaliyyət göstərməli, eyni zamanda tariximizdə, ədəbiyyatımızda, folklorumuzda, bütövlükdə mədəniyyətimizdə hər zaman bu işlərə yer verməli, bu tarixi nəsildən-nəsilə ötürərək xalqımızın belə faciələri yaşamasına bir daha yol verməməliyik.
İkinci Dünya Müharibəsindən etibarən tarixin ən fəlakətli soyqırımları həyata keçirilmişdir.
Almanların Yəhudilərə qarşı Holokostu, Bosniyadakı etnik təmizləmələr və Ruandadakı qırğınlar tarixin qanlı səhifələrinə çevrilmişdir.
Təəssüflər olsun ki, sülh və bəşəriyyətin əleyhinə olan cinayətlər müasir dövrümüzdə də davam etmiş və Azərbaycanın tarixində də qanlı yaraya çevrilmişdir.
Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklərdən biri də məhz Xocalı soyqırımıdır.
32 il əvvəl, 1992-ci ilin fevral ayında törədilmiş soyqırım zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb.
Tam oxu
Xəbəri oxu