Deputatdan etiraz: “Məhkəmələr ədalətli olmadıqca...”

03.03.2026

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Ombudsmanın işi mövcud qanunverciliyin tələbləri çərçivəsində insanların hüquqlarını qorusun. 

Amma məhkəmələr ədalətli olmadıqca, heç bir ombudsman öz işini görə bilməz. 

Heç bir icra orqanı qanunları qoruya bilməz. Bunun üçün mütləqdir ki, məhkəmələr azad və ədalətli olsun”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev Ombudsmanın illik məruzəsinə münasibət bildirərkən deyib.

Deputat Nazirlər Kabinetinin 26 fevralda keçirilən müşavirəsinə də toxunub:

“İclasda Ali Məhkəmənin sədri İnam Kərimovun oturduğu yer məni təəssüfləndirdi və təəccübləndirdi. İnam Kərimov ölkədə hüququn başında duran şəxsdir. Onun yeri ən azından Baş nazirin yanında olmalı idi.

Amma İnam Kərimova nazirlər arasında oturtmuşdular. Bəlkə də bu hüququn vəziyyəti ilə bağlı bir mesajdır. Bəlkə də onlar hələ də İnam Kərimovu kənd təsərrüfatı naziri kimi bilirlər”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью