Deputatdan Gədəbəylə bağlı hökumətə çağırış

21.11.2025

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

"Hökümət üzvlərinin iştirakından istifadə edərək, təmsil etdiyim Gədəbəy rayonunun strateji mövqeyinin Ermənistanla 123 km sərhəddinin nəzərə alaraq əhalinin nərahat edən müəyyən məsələləri diqqətinizə çatdırmaq istərdim.

"Gədəbəy rayonu dağlıq ərazidə yerləşir, iqlimi sərtdir. İlin 7 ayı istilikdən istifadə olunur. Buna görə də rayonun kəndlərinin tam şəkildə qazlaşdırılması vacibdir".

Qaynarinfo xəbər verir ki, bu sözləri Milli Məclisdə büdcə müzakirələri zamanı deputat Sevinc Hüseynova deyib.

"Hökümətdən qaz və elektrik təchizatında mövcud olan çətinliklərin aradan qaldırılmasına, bu istiqamətdə işlərin sürətləndirilməsinə dəstək verilməsini xahiş edirəm", deyə deputat əlavə edib.

Sevinc Hüseynova daha bir ciddi məsələni hökumət üzvlərinin diqqətinə çatdırıb:

"Bildiyiniz kimi, Gədəbəy rayonu tarixən içməli süfrə və müalicəvi suları ilə tanınıb. Lakin son zamanlar iqlim dəyişikliyi ilə əlaqədar olaraq həmin bulaqlardan bəzilərı quruyub, bəzilərində isə kəskin su azalması müşahidə olunmaqdadır. Dağ çaylarında da suların azalması müşahidə olunur. Digər tərəfdən, içməli suyun əvəzsiz təbii mənbəyi olan dağ çaylarının əraziləri, yerli strukturların göstərdiyi səylərə rəğmən, regionların sürətli inkişafının əks təsiri olaraq çirkab su və digər tullantıların qalıqlarına məruz qalır. Göründüyü kimi, içməli su ehtiyatlarının qorunması və vətəndaşların içməli suya olan tələbatının ödənilməsi üçün kompleks yanaşma tələb olunur. Buna görə də region səviyəsində məişət tullantılarının toplanması, çeşidlənməsi və utilizasiyası ilə məşğul olacaq müəsisənin yaradılması və kəndlərdə mərkəzləşmiş su təchizatının təşkilini məsələlərini nəzərdən keçirilməsinin təklif edirəm".

Qafqaz Rafiqoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью