Deputatdan haqqında əxlaqsız ifadə işlədən həmkarına qəzəbli mesaj: Ümid edirəm ki, dediyi doğru çıxmaz, əksi halda...

22.05.2025

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mustafa Dervişoğlunun lideri olduğu İYİ Partiyanın Təşkilatlar üzrə məsul şəxsi, Bursadan deputat Həsən Toktaşın CHP-nin Osmaniyedən deputatı olan Asu Kayanın fotosunu partiya rəsmilərinin WhatsApp qrupunda paylaşaraq kiməsə ünvanlı "Bunu sənə alacam, kral" sözü böyük rezonans doğurub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qrupda paylaşılanbu əxlaqsız ifadənin mediaya sızmasından sonra Həsən Toktaş partiyadakı vəzifəsindən istefaya göndərilib. Üstəlik, o, yayılan iddiaları təkzib edib: "O görüntülər saxtadır..."

Deputat Asu Kaya isə çox qəzəbli açıqlama verib: "Biz daşıdığımız ictimai və siyasi məsuliyyətə görə araşdırmanın nəticəsini gözləyəcəyik, amma ümid edirəm ki, o əxlaqsız ifadə doğru deyil. Mən bir Çukurova qadınıyam. Əksi halda lazım olanı lazımi və ən sərt şəkildə necə edəcəyimi bilirəm"

Sözügedən görüntülərin yayılmasından sonra İYİ Partiya sədri Müsavat Dərvişoğlu isə deyib ki, araşdırma bitənə qədər təşkilat sədrləri ilə təması birbaşa özü həyata keçirəcək.

Firudin Səfərli
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью