Deputatdan internetin qiyməti ilə bağlı açıqlama

25.11.2024

Icma.az, Manset portalına istinadən məlumat yayır.

İnternet sürətilə bağlı qiymət artımı müşahidə edildi. Ancaq biz görürük ki, qiymətlə sürət üst-üstə düşmür, əksinə sürət daha zəifdir.

Manset.az Redaktor.az-a istinadən xəbər verir ki, bunu milli məclisin deputatı Naqif Həmzəyev bugünkü plenar iclasda çıxışı zamanı söyləyib.

"Bundan başqa regionlarda, xüsusən də Gəncədə idman zalları tikilməsini istərdik. Məktəbəqədər təhsilə cəlb olunan uşaqlara qida dövlət tərəfindən verilsin. Həmçinin tələbə yataqxanalarına diqqət ayrılsın. Məsələn, öz yurdlarına qayıdan məcburi köçkünlərin mənzilləri yataqxana kimi istifadəyə verilsin", - Naqif Həmzəyev əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью