Deputatdan köməkçisini döydürməsi xəbərinə cavab: Belə bir hadisə olmayıb

19.02.2026

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Ana Vətən Partiyasının (AVP) sədri deputat Günay Ağamalı atası Fəzail Ağamalının yas mərasimində öz köməkçisi Pərviz Mirizadəni mühafizəçilərinə döydürməsi, Mirizadənin AVP-dən və köməkçi vəzifəsindən ayrılmaq istəməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Mia.az xəbər verir ki, Günay Ağamalı Pravda.az-a açıqlamasında köməkçisini döydürməsi barədə iddiaları təkzib edib.

“Bu məlumat kökündən yanlışdır. Belə bir hadisə olmayıb. Kiminsə partiyadan ayrılması isə könüllü seçimdir. Normaldır...” - G.Ağamalı bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью