Deputatdan maaş artımı ilə bağlı şad xəbər!

03.02.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Dünən parlament Azərbaycanda minimum əmək haqqının məbləğinə ildə bir dəfədən az olmayaraq yenidən baxılmasını birinci oxunuşda qəbul edib. Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, minimum əmək haqqının məbləğinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklifləri əsasında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.

Maraqlıdır, minimum əmək haqqına hər il baxılması zəruri olacaqmı və bu dəyişiklik nə qədər insanı əhatə edə bilər?

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov sözügedən məsələyə hər il baxılacağını bildirib.

O əlavə edib ki, dəyişikliklər qəbul olunduqdan sonra minimum əmək haqqında ildə azı bir dəfə artım müşahidə ediləcək:

"Bu, minimum əmək haqqında artımların dövrliyini təmin etmək baxımından vacibdir. Əksər inkişaf etmiş ölkələrdə minimum əməkhaqqı ilə bağlı artımlarda dövrlik mövcuddur. Bu praktika Azərbaycan qanunvericiliyinə də tətbiq ediləcək. Qanuna dəyişiklik layihəsi təsdiqləndikdən sonra artımlarla bağlı müvafiq sərəncam və qərarlar veriləcək. Bu, minimum əməkhaqqı ilə ortaaylıq maaş arasındakı fərqin azalmasına səbəb olacaq. Minimum əməkhaqqı alan vətəndaşların gəlirlərinin artmasına imkan yaradacaq. Həmçinin Vahid Tarif Cədvəli ilə maaş alan vətəndaşların əməkhaqqına da təsir göstərəcək. Yeni dəyişikliklər 700 mindən çox şəxsin əmək haqqında artıma səbəb olacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью