Deputatdan maraqlı təklif: “Aliment 23 yaşa qədər verilsin”

27.11.2026

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Nikahın pozulması halında ali məktəbdə təhsil alan uşağa aliment ödənişlərinin 18 deyil, 23 yaşa qədər uzadılması təklif edilib”. 

“Cebheinfo.az” xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Məlahət İbrahimqızı Milli Məclisin bugünkü plenar iclasında çıxış edib. 

Deputat bildirib ki, qanunvericiliyə əsasən, ailə başçısını itirən uşağa 18 yaşına qədər, əyani təhsil aldıqda isə 23 yaşınadək dövlət tərəfindən aylıq müavinət ödənilir:

"Lakin nikahın pozulması halında aliment yalnız 18 yaşa qədər ödənilir. Belə olan halda ali məktəbə qəbul olan gənclərin təhsil xərcləri ilə əlaqədar dəstəyə ehtiyacı olur. Ona görə də, alimentin verilməsi müddətinin artırılmas məqsədəuyğun olardı". 

Milli Məclisin sədri Sahibə Qafarova isə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə deputatın təklifi haqda arayış hazırlayıb, təqdim etməyi tapşırıb.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью