Deputatdan Qarabağla bağlı açıqlama: 3 dəfə böyüyüb

11.09.2026

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib. 

O bildirib ki, bunun 4,4 milyard manatı birbaşa dövlət büdcəsindən ayrılıb.

Deputat Zəfərdən sonra Qarabağ iqtisadiyyatının 3 dəfədən çox böyüdüyünü qeyd edib:

"Daha öncə məskunlaşmış ərazilər də daxil olmaqla Zəfərdən keçən 5 ildə Qarabağda illik məhsulun ümumi istehsalı 1 milyard 548 milyon manatdan 4 milyard 820 milyon manatadək artıb. Suverenliyimizin tam bərpasından sonra hər il əvvəlki ilə nisbətən Qarabağ iqtisadiyyatında artım qeydə alınıb.

Qarabağda həmin müddətdə sənaye istehsalı 2,8, kənd təsərüfatı isə 1,7 dəfə artıb. Tikintidə isə daha böyük artım qeydə alınıb: 3 dəfədən çox. Qarabağda iqtisadiyyatın bütün sahələrində ötən müddətdə artımlar faiz deyil, dəfə ilə ifadə olunur. Fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 2020-ci ilə nisbətən 2 dəfəyə yaxın artaraq 150-dən çox olub". 

V.Bayramovun sözlərinə görə, pərakəndə ticarət dövriyyəsi son 5 ildə 960,3 milyon manatdan 1 milyard 553 milyon manatadək böyüyüb.

"Qarabağda fəaliyyət göstərən hotellərin sayı isə 2020-ci ilə nisbətən 2024-cü ildə 11-dən 18-dək yüksəlib. 2025-ci ildə də yeni hotellərin istifadəyə verilməsi həyata keçirilib. İstifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi isə 68127 kv.m.-dən 98795 kv.m.-dək artıb", - deyə millət vəkili əlavə edib.

Könül

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью