Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır. Hər birimizə məlumdur ki, hazırda pensiya kapitalı tələbi 40 min 320 manatdır.
Yəni vətəndaş yaşa görə əmək pensiyası almaq üçün ya bu məbləğdə kapitala, ya da 25 illik staja malik olmalıdır.
Bəs görəsən, vətəndaş fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalından niyə könüllü formada istifadə edə bilmir?
Kapital tələbi azaldıla və ya könüllü istifadə üçün hansısa şərtlər təklif edilə bilərmi?
Biz niyə illərlə gözləməliyik ki, sonda bu kapitaldan istifadə edə bilək?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov mövzu ilə bağlı Oxu.Az-a danışıb.
Ekspert bildirib ki, pensiya kapitalının formalaşdırılması və kapital tələbi ilə bağlı məsələlər büdcə müzakirəsində də diqqət mərkəzində olub: "Kapitala diferensial yanaşma və pensiya kapitalından istifadə ilə bağlı da təkliflərimizi təqdim etmişik.
Bir sıra ölkələrdə, o cümlədən, Sinqapurda, ABŞ-də olduğu kimi, pensiya kapitalının müəyyən hissəsinin daha tez istifadə olunmasını təklif edirik.