Deputatdan sosial şəbəkələrlə bağlı çağırış: Ciddi addımlar atılmalıdır

24.11.2026

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bu gün artıq sosial media müasir dövrün ən təhlükəli və dağıdıcı silahlarından birinə çevrilib. Çox təəssüf ki, artıq bu şəbəkələr öz həqiqi mahiyyətini itirərək təhqir və söyüş platformalarına çevrilib və getdikcə insanların beyin və düşüncələrinə daha çox mənfi təsir etməkdədir. Bütün bunlar isə sahənin tezliklə tənzimlənməsini və bu istiqamətdə daha ciddi addımların atılmasını tələb edir".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, bu gün sözügedən platformalarda baş verənlər fikir və düşüncə azadlığı deyil, beyinlərin yuyulması, manipulyasiyadır:

"Bütün bunların fonunda isə hələ də çoxumuz qarşıda bizi hansı təhlükələr gözlədiyini tam bilmirik. Bunlar isə ölkəmizdə ideoloji işin daha da gücləndirilməsini labüd edir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью