Deputatdan taksilərlə bağlı təklif

19.06.2026

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Taksilərə sərnişinləri mindirib düşürmək üçün müxtəlif ərazilərdə 2-3 dəqiqəlik şərait yaradılması təklif edilir.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu təkliflə deputat Məlahət İbrahimqızı Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.

O qeyd edib ki, müxtəlif ərazilərdə, o cümlədən sosial obyektlərin qarşısında sərnişinlərin taksidən minib düşməsi üçün şərait yoxdur, taksi cərimələnməmək üçün gedib 200-300 metr kənarda saxlamaq məcburiyyətində qalır:

"Bu, həm də sərnişinlər üçün çətinlik yaradır. Qocalar var, uşaqlar var, xəstə olan insanlar var. Ona görə də taksilərə sərnişinləri düşürüb mindirmək üçün 2-3 dəqiqəlik şəraitin yaradılması məqsədəuyğun olardı".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью