Deputatdan təklif: Bütün zabitlər evlə təmin edilməlidir

07.11.2025

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul üçün minimal keçid balı 150–200 arasıdır bu isə müasir hərbi sənət üçün aşağı səviyyədir. 
Ölkə.az  xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev  Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanun layihəsinin müzakirəsi zaman deyib.
 Deputatın sözlərinə görə, bu barədə rəsmi açıqlama verilməsə də, onun əldə etdiyi məlumatlar bunu təsdiqləyir. O qeyd edib ki, müasir hərb sənəti daha yüksək  biliklər tələb edir və buna görə qəbul meyarlarının artırılması vacibdir.
Həsənquliyev həmçinin vurğulayıb ki, hərbçilərin təminatı və mənzil məsələsində problemlər qalmaqdadır. Onun fikrincə, hərbçilərə ipoteka və güzəştli kredit imkanlarının yaradılması onların sosial rifahını yaxşılaşdırmaq baxımından daha səmərəli ola bilər. Deputat təklif edib ki, bütün  zabitlər birmənalı şəkildə  evlə təmin olunmalıdır. “Onlara zabit  kimi  hərbi xidmətə başladığı ilk gündən ev verilməlidir. Ya ipoteka  yolu ilə. Ya da nağd pul verişlin ki, onlar özlərinə istədiyi yerdə ev alsın. Ola bilsin ki, həmin zabit valideynlərinə yaxın yerdə ev almaq istəyir.  Hərbçilər ola bilsin həmin evdə yaşamasın, amma o evi kirayəyə verib pul qazana bilər”, - deputat qeyd edib.
Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью