Deputatdan təklif:“Konstitutsiya dəyişikliyini gözləmədən Ermənistanla sülh imzalayaq”

02.02.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Ermənistanda Konstitutsiya dəyişikliyini gözləmədən sülh sazişini imzalaya bilərik”.

“Cebheinfo.az” xəbər verir ki, bu təkliflər parlamentin bugünkü plenar iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib.

Deputat əlavə edib ki, sülh sazişini Ermənistanda iyunda baş tutacaq seçkilərə qədər imzalana bilər:

“Bu, həm də Azərbaycanın sülh prosesinə bir dəstəyi olar. Necə ki, Azərbaycan üzərindən Ermənistana yüklər gedir, biz onlara benzin satırıq, bu da o proseslərin davamı olaraq sülhə dəstək olardı”.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью