Deputatdan xanımını vəzifəyə təyin etməsinə Reaksiya

27.11.2024

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisin deputatı Samir Vəliyev əmisi qızı Samirə Vəliyevanı Odlar Yurdu Universitetinin Magistratura və MBA şöbəsinin müdiri vəzifəsindən azad etməsi, həmin vəzifəyə həyat yoldaşı Nərminə Vəliyevanın gətirməsinə görə tənqid edilməsinə münasibət bildirib.

Mia.az-ın məlumatına görə, S.Vəliyev Pravda.az-a açıqlamasında deyib ki, universitetlə bağlı əmrləri vermək onun səlahiyyətləri xaricindədir: “Universitetdə rektor var, əmri də o verir. Baş vermiş hansısa struktur dəyişikliyi rotasiya xarakteri daşıyır, burada başqa nə məsələ ola bilər ki? Təbii ki, Samirə xanım yeni vəzifəyə təyin olunub. Kafedra müdirinin müavinidir”.
Deputat son vaxtlar Odlar Yurdu Universitetinin rektoru sabiq millət vəkili, professor Əhməd Vəliyevin səhhətində problem yarandığı üçün universitetə nəzarətin Samir Vəliyevin özü tərəfindən həyata keçirilməsinə də aydınlıq gətirib: “Xeyr, yalan söhbətdir, elə bir məsələ də yoxdur”.
Xatırladaq ki, Samir Vəliyev Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədridir.

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью