Deputatı dövlətə xəyanətdə ittiham edilir

14.11.2024

Bakupost saytına istinadən Icma.az xəbər verir.

Ali Radanın deputatı Yevgeni Şevçenkoya dövlətə xəyanət şübhəsi barədə bildiriş təqdim edilib.

Bakupost.az xəbər verir ki, bu barədə Ukraynanın Dövlət İstintaq Bürosunun teleqram kanalında bildirilib.

Bildirilib ki, parlamentari ölkənin müdafiə qabiliyyətinə və informasiya təhlükəsizliyinə ziyan vurub.

"Deputat Ukraynanın müdafiə qabiliyyətinə və informasiya təhlükəsizliyinə ziyan vurmağa Rusiyanın tam miqyaslı müdaxiləsindən əvvəl başlayıb. Belə ki, 2021-ci ildə o, Belarus ərazisindən Rusiyanın tam miqyaslı müdaxilə təhlükəsinin olmaması barədə yanlış məlumatlar yayıb", - bildirilib.

Bundan əvvəl deputat ona qarşı açılan işi "Zelenskinin qisası" adlandırmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью