Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Deputat Vüqar Bayramov sentyabrın 2-də Vaşinqtona səfər edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, səfər çərçivəsində deputatımız “İnformasiya Texnologiyaları və İnnovasiya Fondu” (İTİF) tərəfindən təşkil olunacaq bir sıra görüşlərdə iştirak edəcək.
Tədbir çərçivəsində süni intellekt, rəqəmsal inkişaf, yaşıl enerji, innovasiya və texnoloji əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.
Səfər sentyabrın 6-da başa çatacaq.