Deputatımız Polşada səfərdə olacaq

04.04.2025

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclisin deputatı Qaya Məmmədov aprelin 6-da Polşa Respublikasının paytaxtı Varşava şəhərinə səfər edəcək.

XQ-yə verilən məlumata görə, səfər zamanı millət vəkili Azərbaycan Respublikasının Polşadakı səfirliyi tərəfindən təşkil olunmuş “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərlövhəli foto-sərgidə iştirak edəcək. O, həmçinin burada keçiriləcək bir sıra görüşlərə qatılacaq.

Səfər aprelin 9-da başa çatacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью