Icma.az, Azxeber.com portalına istinadən məlumat yayır.
Deputat Vüqar Rəhimzadə adından "WhatsApp” platformasında saxta profil yaradılıb.
AZXEBER.COM xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Deputat bildirib ki, sözügedən hesabın onunla heç bir əlaqəsi yoxdur və həmin profil onun tərəfindən idarə olunmur.
Vüqar Rəhimzadə paylaşımında qeyd edib:
"Son günlər "WhatsApp” platformasında mənim adımdan istifadə edilməklə saxta profil yaradılıb. Bildirmək istəyirəm ki, həmin profilin mənimlə heç bir əlaqəsi yoxdur, bu hesab mənə məxsus deyil və tərəfimdən idarə olunmur.
Qeyd edirəm ki, mənim adımdan yaradılmış bu saxta hesab vasitəsilə göndərilən mesajlar, edilən müraciətlər, səsləndirilən fikirlər və paylaşılan hər hansı məlumat mövqeyimi əks etdirmir.
Hər kəsdən məsələyə həssaslıqla yanaşmağı, sözügedən saxta profilə etibar etməməyi, həmin hesabdan daxil olan mesaj və müraciətlərə cavab verməməyi, şəxsi məlumatlarını paylaşmamağı xahiş edirəm. Eyni zamanda, belə mesajlarla qarşılaşdığınız təqdirdə onların yayılmasına şərait yaratmamağınızı, hesabı müvafiq qaydada şikayət edərək bloklamağınızı tövsiyə edirəm.
Bir daha bəyan edirəm ki, həmin "WhatsApp” hesabının mənə heç bir aidiyyəti yoxdur. Adımdan istifadə edilərək bu cür kiberdələduzluğun həyata keçirilməsi yolverilməzdir.
Anlayışınıza və diqqətinizə görə təşəkkür edirəm”.
Fəridə Əsədzadə